Uzun müddətli maqnit qasırğası  XƏBƏRDARLIĞI - ən təhlükəli günlər
18 dekabr 2024 16:26 (UTC +04:00)

Uzun müddətli maqnit qasırğası XƏBƏRDARLIĞI - ən təhlükəli günlər

Bu həftə intensiv günəş partlayışları səbəbindən geomaqnit aktivliyi artacaq. Son 24 saat ərzində 10 C və M sinif partlayışları baş verib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, alimlər maqnit qasırğaları barədə xəbərdarlıq edirlər ki, bu da təkcə rabitənin kəsilməsinə deyil, həm də insanların sağlamlığına təsir göstərə bilər.

Qırmızı səviyyəli maqnit qasırğalarının göstəriciləri dekabrın 14-dən müşahidə edilir və dörd gün ardıcıl olaraq elm adamları Yer üzərində K indeksi 5 olan fırtınanın tüğyan etdiyini bildirirlər.

• 18 dekabr - geomaqnit aktivliyi K-indeksinin 6-cı səviyyəsinə çatacaq ki, bu da güclü tufana uyğun gəlir. Bu gün baş ağrıları, yorğunluq, yuxu problemləri və əsəbiliyin artması mümkündür.

• 19-20 dekabr - Qasırğa davam edəcək və aktivlik səviyyəsi yüksək olaraq qalacaq.

• 21-23 dekabr - aktivliyin sabit maqnit sahəsini göstərən K-indeksi 2-yə qədər azalması gözlənilir.

Əlavə etmək lazımdır ki, alimlərin bütün proqnozları ilkindir, çünki günəşin aktivliyi çox dəyişkəndir. Qasırğaların dəqiq tarixləri və intensivliyi günəş aktivliyindən asılı olaraq dəyişə bilər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1044
avatar

Oxşar yazılar