Ekspertlər Günəşin ekstremal fazaya qədəm qoyduğunu və bunun Yerdə maqnit qasırğalarının artmasına və peyklərin nasazlığına səbəb olacağını bildiriblər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qeyd edilir ki, bu mərhələ hələ də zəif öyrənilib və alimlərin onun nəticələrinə qarşı effektiv mübarizə üsulları yoxdur.
Təfərrüatlar
Kosmik hava mütəxəssisləri xəbərdarlıq edirlər ki, günəş maksimumu bitdikdən sonra günəş aktivliyi davam edəcək və ya hətta artacaq.
Eyni zamanda, günəş maksimumu alimlərin ilkin gözlədiyindən daha tez baş verə və daha aktiv ola bilər.