Sosial şəbəkədəki mübahisə qanla nəticələndi
13 yanvar 2021 11:39 (UTC +04:00)

Sosial şəbəkədəki mübahisə qanla nəticələndi

Ötən il dekabrın 29-u saat 0:00-da Rüstəmov Rahib Rafik oğlunun çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili-tibbi yardım xəstəxanasına gətirilməsi barədə Sumqayıt şəhər Prokurorluğuna məlumat daxil olub.

Şəhər prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla hər iki 29 yaşda olan Bakı şəhər sakinləri Məmmədov Samir Qiyas oğlu və Rüstəmov Əli Əfqan oğlunun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında zərərçəkmiş Rahib Rüstəmov ilə sosial şəbəkədə aralarında baş vermiş mübahisə ilə əlaqədar görüşərək sonuncuya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Əli Rüstəmov və Samir Məmmədov Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs kimi tutularaq istintaqa cəlb olunublar.

Əli Rüstəmov və Samir Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1680
avatar

Mehman Nəbiyev

Oxşar yazılar