Sosial şəbəkə istifadəçilərinin  DİQQƏTİNƏ:   şifrələrinizi belə təyin edin
26 oktyabr 2021 12:31 (UTC +04:00)

Sosial şəbəkə istifadəçilərinin DİQQƏTİNƏ: şifrələrinizi belə təyin edin

Son zamanlar sosial şəbəkə istifadəçilərinin hesablarının ələ keçirilməsi ilə bağlı müraciətlər artıb.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, bu təhlükə ilə üzləşməmək üçün istifadəçilər DİN-in tövsiyə etdiyi qaydalara riayət etməlidir:

- hesablara giriş şifrələri müəyyən fasilələrlə dəyişdirilməli

- şifrələrdə ən azı 6 rəqəm, hərf və işarələrdən istifadə edilməli

- şifrələri internetdə istifadə edilən digər şifrələrdən fərqli təyin etməli

- “iki faktorlu” kimlik təsdiq etməsini aktiv etməli; - hesablarda istifadə edilən elektron poçt ünvanlarını və telefon nömrələrini aktiv saxlamalı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2159

Oxşar yazılar