Bakıda evdə partlayış baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə dəqiqə əvvəl paytaxtın Nizami rayonu ərazisindəki evlərdən birində qeydə alınıb. İlkin məlumata görə, partlayışa səbəb qaz sızması olub.
Nəticədə ana və iki uşağı yanıq xəsarətləri alıb.
Faktı Nizami rayon Prokurorluğu Lent.az-a təsdiqləyib. Bildirilir ki, hazırda prokurorluq əməkdaşları hadisə yerindədir, araşdırma aparılır.