Bakıda intihar hadisəsi baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu Naxçıvani küçəsi ev 36-da qeydə alınıb.
İntihar edənin azyaşlı olduğu bildirilir.
Hüquq-mühafizə orqanlarından Lent.az-a faktı təsdiqləyiblər.
Bildirilib ki, intihar edən İran vətəndaşıdır və onun 8 yaşı var. Belə ki, 2014-cü il təvəllüdlü Ruin Tən Nəmin Kənan İləc yaşadığı evdə özünü asıb.
8 yaşlı uşağın nədən belə bir addım atması hələlik məlum deyil.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.