Şirvanda qəbiristanlıqdan  oğurluq edənlər saxlanıldı
01 aprel 2025 10:32 (UTC +04:00)

Şirvanda qəbiristanlıqdan oğurluq edənlər saxlanıldı

0

Şirvanda qəbiristanlıqdan oğurluq edənlər saxlanılıb.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən qəbiristanlıqdan dəmir barmaqlıqlar oğurlayan şəhər sakinləri O.Mustafayev və H.Vəliyev saxlanılıblar.

Lent.az-ın əldə etdiyi məlumata görə, həmin şəxslərin ümumi dəyəri 850 manat olan barmaqlıqları oğurladıqdan sonra əlvan metalların qəbulu məntəqəsinə satdıqları müəyyən edilib. 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1584

Oxşar yazılar