Qayda pozan traktor
24 may 2021 16:15 (UTC +04:00)

Qayda pozan traktor

Sərxoş halda traktorla "avtoşluq" etdi - POLİS SAXLADI - FOTO

Lənkəranda içkili halda traktorla avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Lənkəran şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə və davamlı şəkildə pozaraq digər yol hərəkəti iştirakçıları və piyadalar üçün ciddi təhlükə yaradan sürücü saxlanılıb. 

Axşam saatlarında Lənkəran rayon sakini E.Mirzəyevin idarə etdiyi “Belarus” markalı traktorla təhlükəli manevrlər etdiyi müəyyən edilib. Ərazidə xidmət aparan dövlət yol polisi əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara rəğmən sürücü nəqliyyat vasitəsini saxlamayıb və yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq ərazidən uzaqlaşmağa çalışıb. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra həmin şəxsin sərxoş olduğu müəyyən edilib. 

E.Mirzəyev barəsində tərtib olunmuş inzibati protokol aidiyyatı üzrə baxılması üçün rayon Məhkəməsinə göndərilib.

Xuliqanlıq edilən traktor

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3663
avatar

Mehman Nəbiyev

Oxşar yazılar