Sərnişin təyyarəsi  uçuş zamanı   yandı  VİDEO
08 dekabr 2023 13:47 (UTC +04:00)

Sərnişin təyyarəsi uçuş zamanı yandı VİDEO

Rusiyanın Novosibirsk şəhərində sərnişin təyyarəsi havaya qalxarkən yanıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Novosibirskdən Moskvaya uçan “S7 Airlines” şirkətinin “Boeing-737” təyyarəsi havaya qalxdıqdan az sonra yanmağa başlayıb. Pilot təcili eniş etmək məcburiyyətində qalıb. Təyyarədə 176 nəfər olub və onlardan heç biri xəsarət almayıb.

“Boeing-737”nin istismarı dayandırılıb və sərnişinlər müvəqqəti olaraq hava limanında yerləşdirilib. Hazırda onlar üçün ehtiyat təyyarə hazırlanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3210
avatar

Arzu Qurbanlı

Oxşar yazılar