Şəmkirdə zəhərlənmə hadisəsi baş verib.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə rayonun İrmaşlı kəndində baş verib.
Kənd sakinləri, 57 yaşlı Məmmədzadə Arzuman Hidayət oğlu və 43 yaşlı Bayramova Mayisə Cabir qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.
Məlumata görə, hər iki şəxs yaşadıqları ünvanda qəbul etdikləri qidadan (pomidor turşusu olduğu ehtimal olunur) zəhərləniblər.