Şəmkirdə intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində baş verib.
Kənd sakini 26 yaşlı Ə.Məmmədov yaşadığı evdə özünü asıb.
İntiharın səbəbi məlum deyil.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.