Şəmkirdə ağır qəza - Ölənlər var -YENİLƏNİB
18 avqust 2024 09:41 (UTC +04:00)

Şəmkirdə ağır qəza - Ölənlər var-YENİLƏNİB

Avqustun 18-i gecə saat 1 radələrində Bakı-Qazaz-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu hissəsindən keçən hissəsində 2000-ci il təvəllüdlü K. Cəfərli Kamaz markalı yük avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən, 1986-cı il təvəllüdlü Şamo Qafarovun idarə etdiyi VAZ 2106 markalı avtomobil toqquşub.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Lent.az-a verdiyi xəbərə görə, hadisə nəticəsində VAZ-2106-da olan sürücü və sərnişinlərdən biri ölüb, digər sərnişin, 1978-ci il təvəllüdlü, Ağstafa rayon sakini Qorxmaz Şirinov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

***

saat 09.17

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Bakı-Qazax magistalının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı minik maşını yolda dayınmış avtomobilə arxadan çırpılıb. Qəza zamanı 2 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 861
avatar

Oxşar yazılar