Şəkidə rahatca silah satırdı: Sonu belə oldu
10 mart 2025 10:28 (UTC +04:00)

Şəkidə rahatca silah satırdı: Sonu belə oldu

Şəkidə avtomat satan şəxs tutulub

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər həyata keçirilib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, tədbirlərlə əvvəllər də dəfələrlə məhkum olunmuş 49 yaşlı Mübariz Bəşirov saxlanılıb. Ondan “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 29 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs həmin silahı satmaq məqsədilə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Bəşirov barəsində həbs qətimkan tədbiri seçilib. 

Son 1 ay ərzində şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif çaplı 20 ov tüfəngi müəyyən olunaraq götürülüb. Həmin şəxslər barəsində müvafiq qanunvericiliyə uyğun tədbirlər görülüb.
Bu istiqamətdə zəruri bilinən əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1616

Oxşar yazılar

Zaur Məhərrəmov 87 yaşında vəfat etdi

Zaur Məhərrəmov 87 yaşında vəfat etdi

24 avqust 2025 , 01:32
Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

23 avqust 2025 , 23:03
Beyləqan sakini ot tayasından  yıxılıb öldü

Beyləqan sakini ot tayasından yıxılıb öldü

23 avqust 2025 , 22:11
Gəncədə DƏHŞƏT:  oğul 60 yaşlı atasını bıçaqladı

Gəncədə DƏHŞƏT: oğul 60 yaşlı atasını bıçaqladı

23 avqust 2025 , 21:35
Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35