Şəkidə "KamAZ" piyadanı vurub.
Lent.az xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Aşağı Göynük kəndi ərazisində baş verib. Balakən rayon sakini 35 yaşlı Muradov Oruc Qurban oğlunun idarə etdiyi “KamAZ” markalı avtomobil əvvəlcə yolun kənarındakı piyada Şəki rayonu Köndələn kənd sakini 69 yaşlı Mustafayev Yusif Cabbar oğlunu vurub, daha sonra isə traktora çırpılıb.
Nəticədə piyada aldığı xəsarətlərdən ölüb, “KamAZ”ın və traktorun sürücüsü Baş Göynük kənd sakini 30 yaşlı Abdullayev Seymur Nazim oğlu isə xəsarət alıblar.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, ölümlə və xəsarətlərlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.