Səfərov qardaşları posttravmatik şokdan vəfat edib - Müstəntiq  -YENİLƏNİB
02 iyul 2025 10:57 (UTC +04:00)

Səfərov qardaşları posttravmatik şokdan vəfat edib - Müstəntiq -YENİLƏNİB

“Yekaterinburqda azərbaycanlıların öldürülməsi ilə bağlı hazırki tarixə qədər bizim istintaq qurumuna Rusiyanın səlahiyyətli orqanlarından hər hansı beynəlxalq tapşırıq və məlumat göndərilməyib”.

Bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bu gün keçirilən brifinqdə deyib.

Nemət Əvəzov qeyd edib ki, ölüm faktı varsa, bu fakt əməliyyat-axtarış fəaliyyətini həyata keçirən dövlət qurumunun binasında və yaxud onun avtomobilində qeydə alınıbsa, bu, mütləq araşdırılmalı hadisədir: "Meyitlərlə bağlı Rusiyada müvafiq ekspertizalar keçirilib, bu da onu göstərir ki, Rusiyadakı həmkarlarımız da artıq araşdırmaya başlayıb. Əməliyyat qurumlarının səlahiyyətli şəxsi tərəfindən belə zorakılığın tətbiqi nəticəsində hər hansı bir şəxs işgəncələrə məruz qalıb öldürülürsə, bu, xüsusilə ağır cinayətdir. Biz ilkin dəlillər, sübutlarlar üzrə 2002-ci il Konvensiyasının tələblərinə uyğun olaraq, Rusiyanın aidiyyəti qurumlarına tapşırıq göndərmişik. Həmin tapşırıqda da biz Rusiyanın səlahiyyətli orqanlarından müvafiq istintaq hərəkətlərinin aparılmasını, materialların təqdim edilməsini, müvafiq ekspertizaların aparılmasını, sənədlərin toplanmasını, baxışların keçirilməsini xahiş etmişik. Rusiya da həmin Konvensiyaya qoşulub. Ümid edirik ki, Konvensiyanın tələblərinə uyğun olaraq, çox yaxın vaxtlarda Rusiyalı həmkarlarımız tərəfindən daha sürətli istintaq və araşdırma hərəkətlərinə başlanılacaq. Törədilmiş cinayətin obyektiv istintaqının aparılması və bütün təqsirli şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması üçün qarşılıqlı təmas yaradılaraq səylərimizi davam etidirəcəyik. Ümid edirik bütün təqsirli şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək”./APA

 

***

Şahid ifadələri, o cümlədən vizual dəlillər də Yekaterinburqda azərbaycanlıların saxlanılması və daşınması zamanı sistemli şəkildə fiziki zorakılığa məruz qaldığını bir daha təsdiq edir.

Bunu Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqi Pərviz Cəlilov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, eksopertin ilkin rəyinə əsasən, Səfərov qardaşlarının hər biri posttravmatik və posthemorogik şokdan vəfat edib: “Bu da çoxsaylı fiziki xəsarətlərin nəticəsində baş verir"./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 934

Oxşar yazılar