Salyanda xəsarət alan fəhlənin vəziyyəti ilə bağlı YENİ XƏBƏR  -YENİLƏNİB
06 aprel 2025 09:48 (UTC +04:00)

Salyanda xəsarət alan fəhlənin vəziyyəti ilə bağlı YENİ XƏBƏR -YENİLƏNİB

Dünən Salyanda fəhlənin iş zamanı xəsarət alması barədə məlumat vermişdik.

Lent.az bu hadisə ilə bağlı təfərrüatı təqdim edir.

Salyan Oil Əməliyyat Şirkətinin Mətbuat Xidmətindən saytımıza verilən məlumata görə, fəhlənin barmaqları amputasiya olunmayıb.

Salyan Oil-un mətbuat xidməti bildirir ki, xəsarət alan Kolanı kənd sakini Babacan Babayev Salyan Oil LTD-nin deyil, podratçı təşkilatın işçisidir və onun sağ əlinin barmaqları istehsalat zədəsi alsa da, amputasiya edilməyib:

“Aprelin 3-də Babacan Babayev Salyan rayonunun Kürsəngi yatağında işləyərkən hidravlik boru açarının sıxma paftasına düzəliş etdiyi zaman sağ əlinin ikinci və üçüncü barmaqları işlək çarxın arasında qalıb. Zərərçəkənə dərhal ilkin tibbi yardım göstərilib, Şirvan şəhər Mərkəzi Xəstəxanasında barmaqlarına möhkəmləndirici tikiş və sarğı qoyulub. Aprelin 4-də B.Babayev Bakıda Modern Hospitalında əməliyyat olunaraq barmaqlarına mil qoyulub. Elə həmin gün o, evə buraxılıb. Hazırda B.Babayevin müalicəsi evdə davam etdirilir, vəziyyəti qənaətbəxşdir”.

 

 

***

5 aprel, saat 16:17

 

Salyanda fəhlə iş zamanı ağır xəsarət alıb.

Lent.az xəbər verir ki, hadisə “Salyan OİL LTD” şirkətində baş verib.

Burada fəhlə işləyən Kolanı kənd sakini 31 yaşlı B. Babayevin sağ əli dəmir boru bağlayan aparatın arasında qalıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib və onun 2 barmağı amputasiya edilib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3006

Oxşar yazılar

Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35
Hamilə olduğunu doğuş zamanı  öyrəndi

Hamilə olduğunu doğuş zamanı öyrəndi

23 avqust 2025 , 15:47
Ata-ana körpəni aclıqdan öldürdülər

Ata-ana körpəni aclıqdan öldürdülər

23 avqust 2025 , 15:28
Bakıda evin pəncərəsini qırıb  külli miqdarda pul apardılar

Bakıda evin pəncərəsini qırıb külli miqdarda pul apardılar

23 avqust 2025 , 13:55
Tərtərdə 3 nəfər  yol qəzasında yaralandı

Tərtərdə 3 nəfər yol qəzasında yaralandı

23 avqust 2025 , 12:10