Sabunçu rayonunda saxlanılan 2 nəfərdən 7 kiloqram narkotik vasitə aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 29 yaşlı Emil İskəndərov və 38 yaşlı Fazil Əfəndiyev saxlanılıblar.
Onlardan 7 kiloqramdan artıq narkotik vasitə olan heroin, marixuana və metamfetamin aşkarlanıb. Saxlanılanlar narkotikləri paytaxt ərazisində təyin olunan ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıblar.
Həmçinin, bölmə əməkdaşlarının bu ilin 9 ayı ərzində keçirdikləri tədbirlərlə ümumilikdə 45 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 4 “Makarov” tapançası, 1 “Kalaşnikov” avtomatı, 5 daraq və 30-dan çox patron əməliyyat yolu ilə aşkarlanıb.