Şabranda dağlıq ərazidə yanğın:  Alov evlərə keçdi   -  YENİLƏNİB
15 avqust 2022 19:16 (UTC +04:00)

Şabranda dağlıq ərazidə yanğın: Alov evlərə keçdi - YENİLƏNİB

Xəbər verildiyi kimi, Şabran rayonu Xəlfələr kəndi yaxınlığında baş vermiş yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

FHn-dən Lent.az-a bildirilib ki, ilkin ehtimala görə, biçilmiş taxıl sahəsində başlayan yanğın nəticəsində Xəlfələr kəndində bir neçə fərdi tikili zərər görüb. Relyefin mürəkkəbliyi və havanın küləkli olması səbəbindən yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə əraziyə əlavə qüvvələr cəlb olunub.

Yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

18:11

Fövqəladə Hallar Nazirliyinə Şabran rayonunun Xəlfələr kəndi və Qəbələ rayonunun Abrıx, Tikanlı kəndləri yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Relyefin mürəkkəbliyi və havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirir. Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğınların daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə hər iki əraziyə Fövqəladə Hallar Nazirliyindən əlavə qüvvələr, o cümlədən Aviasiya dəstəsinin iki helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

16:53

Şabranın ucqar Dağbilici kəndində yanğın başlayıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, dağlıq ərazidə biçilmiş əkin sahələri yanır. Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları ilə bərabər ətarf rayonlardan da texnika cəlb olunub.

Yanğının Mumlu və Qazma kənlərinə keçdiyi və yaşağış evləri üçün təhlükənin olduğu bildirilir. Bəzi ərazilərdə əhaliyə məxsus ot tayaları və yardımçı binalar yanıb.

Güclü külək alovun qarşısını almağa mane olur.

# 3780
avatar

Oxşar yazılar

Bakıda yük maşını körpünün üzərindəki maneələrə çırpıldı  - FOTO

Bakıda yük maşını körpünün üzərindəki maneələrə çırpıldı - FOTO

19 mart 2024 , 06:23
Rəqqasə Renka qəzaya düşdü

Rəqqasə Renka qəzaya düşdü

18 mart 2024 , 23:21
Şəkidə DƏHŞƏT:  qan qusan yeniyetmə öldü

Şəkidə DƏHŞƏT: qan qusan yeniyetmə öldü

18 mart 2024 , 22:05
Arvadını və oğlunu  güllələdi

Arvadını və oğlunu güllələdi

18 mart 2024 , 19:25
“Nicat Lənkəranski”yə  hökm oxundu

“Nicat Lənkəranski”yə hökm oxundu

18 mart 2024 , 18:12
Bərdədə  azyaşlı qızı   it dişlədi

Bərdədə azyaşlı qızı it dişlədi

18 mart 2024 , 17:31
Bakıda oğurluq edən  keçmiş məhkum   tutuldu

Bakıda oğurluq edən keçmiş məhkum tutuldu

18 mart 2024 , 17:14
Bakı həbsxanasında məhkum öldü

Bakı həbsxanasında məhkum öldü

18 mart 2024 , 15:02