Sabirabadda qəzada ölənlərin sayı 2-ə çatıb.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, qəza zamanı 1957-ci il təvəllüdlü Güdəcühür sakini Əliyev Rəhim Əlisa oğlu ilə yanaşı, onun nəvəsi, 2019-cu il təvəllüdlü Əlizadə Nilay Rahib qızı da ölüb.
***
saat 13:32
Sabirabadda baş verən qəzada 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb.
Avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, beş nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparıllr.