Gömrükdə aşkarlanan qanunsuz mallar
18 mart 2021 14:17 (UTC +04:00)

Gömrükdə aşkarlanan qanunsuz mallar

Rusiyadan gizli dərman və telefon gətirmək istədilər

Mobil telefonların və dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Gömrük baxışı zamanı avtomobilin gizli saxlanc yerlərində gömruk nəzarətindən gizlədilən, 224 ədəd şüşə flakonda olan müxtəlif adda dərman preparatları, 9 ədəd üzərində "OCB Slim Preimum" yazısı olan tütün doldurmaq üçün yayma kağız, 3 ədəd "İphone 12 Pro Max Pacific Blue 128 GB" və 1 ədəd qutusu və aksesuarları olmayan "İphone" markalı telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1764
avatar

Mehman Nəbiyev

Oxşar yazılar