Aşkar olunan spirtli içkilər
16 avqust 2022 15:23 (UTC +04:00)

Aşkar olunan spirtli içkilər

Rusiyadan gətirilən "Beluga" araqları Azərbaycana buraxılmadı - FOTO

Rusiyadan gətirilən külli miqdarda qanunsuz məhsulun ölkəyə keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Rusiyadan "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, həmin ölkə vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Gömrük baxışı zamanı avtomobilin yük yerində olan soyuducu ilə dəmir örtüyün arasında gömrük nəzarətindən gizlədilən 0,7 litrlik qablaşdırmada 50 ədəd “Beluga Transatlantic” markalı spirtli içki aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

# 1683
avatar

Mehman Nəbiyev

Oxşar yazılar