Rusiyada azərbaycanlının  15 yaşlı qızını qaçırdılar
28 iyun 2022 16:59 (UTC +04:00)

Rusiyada azərbaycanlının 15 yaşlı qızını qaçırdılar

Moskvada Azərbaycan vətəndaşı polisə müraciət edərək qızının qaçırıldığını bildirib. 

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, hadisə Sosenskoe qəsəbəsində baş verib.

İlkin məlumata görə, 15 yaşlı qızı 40 yaşlı başqa bir azərbaycanlı şəxs qaçırıb. Hadisə baş verdikdən sonra həmin şəxs azyaşlı qızın atasına zəng edərək evlənmə məqsədilə qaçırdığını deyib.  

Bundan başqa, 15 yaşlı qız könüllü qaçdığını və ona ərə getmək istədiyini etiraf edib. O, natamam təhsillidir və salonların birində manikür ustası kimi çalışırmış. 

Qeyd edək ki, bir müddət sonra qızın anası polisə gedərək şikayət ərizəsini geri götürüb. 
 

# 4173
avatar

Nigar Namiq

Oxşar yazılar