Rusiyada 1000-dən çox miqrantı leqallaşdıran  iki azərbaycanlı həbs edildi 
17 iyul 2024 17:37 (UTC +04:00)

Rusiyada 1000-dən çox miqrantı leqallaşdıran iki azərbaycanlı həbs edildi 

Sankt-Peterburqun Kuybışevski rayon Məhkəməsi qanunsuz miqrasiyanın təşkilatçısı olduğu iddia edilən iki nəfər barəsində həbs-qətimkan tədbiri seçib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Sankt-Peterburqda polis bir şirkət vasitəsilə mindən çox miqrantın Rusiyada olmasını leqallaşdıran qrupun fəaliyyətini aşkar edib və fəaliyyətini dayandırıb.

Fırıldaqçılar miqrasiya məqsədləri üçün qeyri-qanuni mühacirləri uydurma şəkildə qeydiyyata alıblar. Bunun üçün Kubinskaya küçəsi 80, B ünvanında, 77 nömrəli eyni küçədə yerləşən “Yujnı” miqrasiya mərkəzinin yaxınlığında ofis açıblar.

Faktla bağlı cinayət işi açılıb. İkisi Azərbaycan vətəndaşı olmaqla ümumilikdə beş nəfər saxlanılıb. Şahid qismində 3 Sankt-Peterburq sakini dindirilib. Saxlanılanların evlərində və iş yerlərində 15 axtarış aparılıb.

Araşdırma zamanı 10 ədəd mobil telefon, 11 ədəd fleş-kart, 2 ədəd noutbuk, 3 ədəd kompüter, 1 ədəd sistem bloku, əlyazma qeydləri, məsul şəxslərin çapı və imzası olan blanklar, mühasibat sənədləri götürülüb.

İttiham irəli sürülən iki Azərbaycan vətəndaşı, Rusiya vətəndaşlığı olan Ehtiram Şərifov və Samir Tağıyev olub. Onların hər ikisi rəsmi olaraq heç bir yerdə işləmir. Sankt-Peterburqda qeydiyyatdadırlar. Məhkəmə onların barəsində sentyabrın 14-dək həbs qətimkan tədbiri seçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4441

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15