Jurnalist Ramin Cəbrayılzadə (Ramin Deko) ölkəyə qanunsuz xarici valyuta gətirməsi ilə bağlı daxil olan məlumat əsasında saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a faktı təsdiqləyiblər.
Qeyd edilib ki, məlumat təsdiqini tapıb və əlavə araşdırmalar aparılır. Bir neçə şəxs araşdırma çərçivəsində saxlanılıb.
Əlavə məlumat veriləcək.