"Quska"nın keçmiş vəkili həbs edildi 
18 sentyabr 2024 17:27 (UTC +04:00)

"Quska"nın keçmiş vəkili həbs edildi 

Keçmiş vəkil Ruhid Əkbərovun Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq etmə maddəsi ilə məhkəmə prosesi yekunlaşıb.

Lent.az-ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidov məhkəmə istintaqını yekunlaşdıraraq hökmü elan edib.

Ruhid Əkbərov məhkəmə zalından həbs edilərək 6 il 4 ay azadlıqdan məhrum edilib. 

Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Ruhid Əkbərov həbsxanada olarkən öz məhkum yoldaşından onun məhkəmə işini həll etmək üçün 53 min manat pul alıb. Ancaq vədinə əməl etməyib. 

Qeyd edək ki, 13 saylı Vəkil Bürosunun vəkili olmuş Əkbərov Ruhid Rəşid oğlu bundan öncə də dələduzluq maddəsi ilə həbs olunub və 2021-ci il mart ayının 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

O, həmin vaxt  iki vətəndaşa qarşı 50 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinirdi. 

Xatırladaq ki, Ruhid Əkbərov 2018-ci ildə Türkiyədə saxlanılıb.

O, həbsdə olan sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayevin cinayət işi üzrə istintaqın ilkin mərhələsində vəkili olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4046

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15