Qubada ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə dekabrın 6-da şəhərin Heydər Əliyev prospektində baş verib.
Sərkərov Samir Sabir oğlunun idarə etdiyi "Wrangler" markalı avtomobillə Quliyev Teymur Faiq oğlunun idarə etdiyi "Hyundai Accent" markalı avtomobil toqquşub. Xəstəxanaya yerləşdirilən Teymur Quliyev dekabrın 10-da orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.