Göygöl rayonunda çaydan meyiti tapılan şəxsin kimliyi bilinib.
Lent.az-ın məlumatına görə, həmin şəxs Daşkəsən rayon Bayan kənd sakini, 39 yaşlı Mehriban Əziz qızı Həsənovadır. Onun ruhi xəstə olduğu bildirilir.
***
- Yer üçün 2025-ci ildə fəlakət PROQNOZU: Heç vaxt beləsi olmayıb
- Yuxulara inanmaq olarmı? Cavab sizi TƏƏCCÜBLƏNDİRƏCƏK
- Ramazan ayının 11-ci gününün DUASI
Saat: 11:25
Göygöldə çayda qadın meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, meyit Qoşqarçay çayının Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində aşkar edilib.
Naməlum qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün nazirliyin qaynar xəttinə müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.
Görülən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.