Ufada kişi qaz partlayışı törədərək qonşusunu öldürməyə cəhd edib.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Başqırdıstan üzrə departamentinin mətbuat xidməti məlumat yayıb.
“2024-cü il oktyabrın 13-də səhər saatlarında qonşusuna qarşı şəxsi kin bəsləyən şübhəli şəxs onu öldürmək qərarına gəlib. Həmin şəxs ödənilməmiş hesablara görə şirkət işçiləri tərəfindən quraşdırılmış qaz borusunun tıxacını sökürmüş”, - idarədən bildirilib.
Mənzil qazla dolub, bundan sonra partlayış və yanğın baş verib.
Partlayış nəticəsində 66 yaşlı şübhəli yanıq xəsarətləri alıb, digər qurban isə ayağından yaralanıb. Bir neçə mənzilə, pəncərələrə və binanın girişinə ziyan dəyib. 5 ailə müvəqqəti yaşayış məntəqəsinə yerləşdirilib.