Yunanıstanın Saloniki şəhərində qonşularının evlərinə gizlicə girərək ayaqqabılarını iyləyən şəxsə məhkəmə tərəfindən 1 ay həbs cəzası verilib.
Lent.az xəbər verir ki, Yunanıstanda maraqlı hadisə baş verib. Salonikidə yaşayan 28 yaşlı kişinin ayaqqabı iyləmək vərdişi olduğu üzə çıxıb.
O axşam saatlarında qonşunun havalandırmaq üçün bağçaya qoyduğu ayaqqabıları götürərək onları iyləməyi adət halına çevirib.
Həmişəki kimi gizlicə girdiyi ön bağçada ayaqqabıları iyləməyə başlayan kişi başqa qonşusu tərəfindən tutulub.
Hadisəni görən qonşu dərhal polisə xəbər verib və polis onu saxlayaraq araşdırma başladıb.
Daha sonra məhkəmə qarşısına çıxarılan şəxs davranışının səbəbini açıqlaya bilməsə də, etdiklərinin biabırçı olduğunu bildirib.
Məhkəmədə ifadə verən qonşular kişinin ailəsindən onu dayandırmağı xahiş etsələr də, son 6 ayda ən azı üç oxşar hadisə baş verdiyini deyiblər.
Şübhəli şəxs 1 ay müddətinə azadlıqdan məhrum edilib.