Rüfət Həmzəyev
04 noyabr 2024 16:15 (UTC +04:00)

Rüfət Həmzəyev

Rəşad Məcid: “Rüfət Həmzəyevin səmərəli fəaliyyətindən xəbərdaram”

“ANEWZ beynəlxalq televiziya kanalının fəaliyyətə başlaması ölkəmizin teleməkanı üçün mühüm hadisədir. Həm bu hadisəni, həm də dəyərli həmkarımız Rüfət Həmzəyevin telekanala rəhbərlik etməsini yüksək qiymətləndirirəm. Mən onu istər media forumlarında aparıcı, istərsə də müxtəlif ingilisdilli tədbirlərdə iştirakçı kimi dəfələrlə müşahidə etmişəm, peşəkarlığına bələdəm”.

Bunu Lent.az-a açıqlamasında Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

O bildirib ki, Rüfət Həmzəyevin AzTV-dəki səmərəli fəaliyyətindən də xəbərdardır:

“Bildiyimə görə, yeni telekanalda yüksək səviyyəli komanda formalaşdırmağa müvəffəq olub. Bəri başdan bu münasibətlə həmkarımızı təbrik edirəm.

Müxtəlif vaxtlarda ayrı-ayrı xarici ölkələrdə, xüsusən də Orta Asiya respublikalarında ingilis dilində telekanalların fəaliyyət göstərdiyini görmüşdüm və bu tipli media subyektlərinin bizdə də olmasını çox arzulamışdım. Sevindirici haldır ki, artıq bizdə də bilavasitə ingilis dilində yayımlanacaq TV kanalı olacaq.

Hamımıza məlumdur ki, hazırda beynəlxalq miqyasda Azərbaycana qarşı aktiv dezinformasiya kampaniyası aparılmaqdadır. İnformasiya müharibəsi günümüzün reallığıdır. Cənab Prezident İlham Əliyev də çıxışlarında bu məqama dəfələrlə toxunub, müxtəlif detalları müfəssəl şəkildə açıqlayıb, saxta xəbərlərlə, insinuasiyalarla mübarizənin zəruriliyini əsaslandırıb”.

Mətbuat Şurasının sədrinin sözlərinə görə, dövlətimizin başçısı çıxışlarında, həmçinin, jurnalistlərin xarici dil biliklərinin artırılmasına da böyük önəm verdiyini bildirib:

“Heç şübhəsiz, bu, informasiya təhlükəsizliyimizin təminatı baxımından vacib amildir. Hesab edirəm ki, yeni ingilisdilli telekanal bu baxımdan müstəsna rol oynayacaq, qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələcək. Əminəm ki, belə bir media orqanının fəaliyyətə başlaması, ümumən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, obyektiv mövqeyimizin müdafiəsi xüsusunda da öz sözünü deyəcək.

Yeni yaranan kanalın rəhbərliyinə və kollektivinə çətin, məsuliyyətli yolda uğurlar arzulayıram. İnanıram ki, onlar bu etimadı yüksək səviyyədə doğruldacaq, ANEWZ-u beynəlxalq miqyasda tanınan, etibarlı media subyekti kimi təsdiqləməyi bacaracaqlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2833

Oxşar yazılar

Bu marketdə saxta araqlar  satılırmış

Bu marketdə saxta araqlar satılırmış

10 aprel 2025 , 12:32
 Leysan və qar yağacaq   - Sabahın HAVASI

Leysan və qar yağacaq - Sabahın HAVASI

10 aprel 2025 , 12:20
Bakıda 4 gün komada qalan  hamilə qadın doğdu

Bakıda 4 gün komada qalan hamilə qadın doğdu

10 aprel 2025 , 11:29
Baş Prokurorluğun nümayəndə heyəti Argentinaya getdi

Baş Prokurorluğun nümayəndə heyəti Argentinaya getdi

10 aprel 2025 , 11:00
Bakının bu qəsəbəsinin suyu kəsilir

Bakının bu qəsəbəsinin suyu kəsilir

10 aprel 2025 , 10:30
Arı saxlayanlara nə qədər pul verilir? – CAVAB

Arı saxlayanlara nə qədər pul verilir? – CAVAB

10 aprel 2025 , 10:14
Əksər rayonlara yağış yağır - FAKTİKİ HAVA

Əksər rayonlara yağış yağır - FAKTİKİ HAVA

10 aprel 2025 , 09:54
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

10 aprel 2025 , 08:27