Perulu müdafiəçi Xose Uqo De la Kruz Meza futbol oyunu zamanı ildırım vuraraq öldürüb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hadisə Perunun Uankayo şəhərində baş tutan "Xuventud Bellavista" və "Familiya Çokka" klubları arasında keçirilən oyunun 23-cü dəqiqəsində baş verib. Qarşılaşma zamanı güclü yağış yağıb və hər iki komandanın futbolçuları meydanı tərk etməyə başlayıblar, lakin 35 yaşlı müdafiəçini ildırım vurub.
Futbolçular xəstəxanaya aparılsa da, De la Kruz Meza artıq ölüb. İldırım düşən zaman müdafiəçinin yanında olan qapıçı və digər oyunçular ciddi yanıq xəsarətləri alıblar.