İş adamlarından hədə-qorxu ilə pul alan 5 azərbaycanlıya  HÖKM OXUNDU
04 noyabr 2024 19:22 (UTC +04:00)

İş adamlarından hədə-qorxu ilə pul alan 5 azərbaycanlıya HÖKM OXUNDU

Quldurlar 4, 7, 8, 9, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Onlar cəzalarını ciddi rejimli həbsxanada çəkəcəklər. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, bu qərarı Yalutorovski Rayon Məhkəməsi çıxarıb.

Məhkəmədən bildirilib ki, 5 azərbaycanlı iş adamlarından hədə-qorxu ilə pul alıb. 2022-ci ilin noyabrında quldurların iki sahibkarı Yalutorovski rayonundakı kəndlərdən birinin yaxınlığında yerləşən kəsimxanada işgüzar görüşə dəvət etdikləri iddia edilir. İşgüzar danışıqlar baş tutmayıb - dəstə biznesmenlərdən pul tələb etməyə başlayıb. Əvvəlcə ümumi məbləğ 3 milyon rubl (30 min dollardan çox) olub, sonradan 1 milyon rubla (10 min dollardan çox) endirilib.

Cinayətkarlar qorxutmaq üçün odlu silah nümayiş etdirib, hətta sahibkarlara tərəf və onların ayaqlarına bir neçə dəfə atəş açıblar. Bundan sonra onları döyərək emalatxanada ayaqlarından kran tirinə asıblar. İş adamları yalnız bir neçə saat ərzində hər biri 500 min rubl (5 min dollardan çox) ödədikdə sağ buraxılıblar.

Yaxınlarına qarşı repressiya hədələrinə baxmayaraq, zərərçəkənlər kömək üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hədə-qorxu ilə pul tələb edən şəxslər saxlanılıb.

Məhkəmə dövlət ittihamçısının mövqeyini nəzərə alaraq təqsirkarları ümumilikdə 38 il müddətinə azadlıqdan məhrum edib. Tümen vilayətinin prokurorluğunun məlumatına görə, həmçinin müttəhimlərə birgə və ayrı-ayrılıqda zərərçəkmişlərin xeyrinə 1 milyon rubl (10 min dollardan çox) məbləğində mənəvi ziyana görə kompensasiya ödətdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828
avatar

Oxşar yazılar