Qod Nisanovun bazarında YANĞIN:  yaralılar var - VİDEO  - YENİLƏNİB
01 dekabr 2023 16:43 (UTC +04:00)

Qod Nisanovun bazarında YANĞIN: yaralılar var - VİDEO - YENİLƏNİB

“Sadovod” geyim bazarında baş vermiş yanğını söndürmək üçün “Kobra” sistemindən istifadə edilir. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin açıqlamasında qeyd olunub.

Yanğının söndürülməsi üçün 170-dən çox canlı qüvvə və 48 texnika cəlb olunub.

Yanğın nəticəsində 2 nəfər xəsarət alıb, onlara tibbi yardım göstərilib. 350 nəfər təxliyə edilib. Fövqəladə Hallar Nazirliyindən də bildirilib ki, yanğının söndürülməsi yanğın yükünün çox olması və binaların sıx olması səbəbindən çətinləşir. Yanğının sahəsi 600 kvadratmetrə çatıb.

***
Saat: 13:19

Moskvada “Sadovod” bazarı yanır.

Lent.az bu barədə Rusiya teleqram kanallarına istinadən xəbər verir.

Məlumata əsasən, yanğın 20-ci xətt üzrə alış-veriş pavilyonlarda başlayıb. Yanğınsöndürənlər hadisə yerinə gəlib, binadan qatı tüstü çıxır.

Bazardakı insanlar təxliyə edilir.

Qeyd edək ki, bazar azərbaycanlı iş adamı Qod Nisanov və Zarah İliyevə məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7143
avatar

Oxşar yazılar