Qobustanda torpaq sürüşdü, çox sayda evə ziyan dəydi
31 mart 2021 15:22 (UTC +04:00)

Qobustanda torpaq sürüşdü, çox sayda evə ziyan dəydi

Qobustanın Cəyirli kəndində torpaq sürüşməsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, sürüşmə nəticəsində kənd ərazisində 40-dan çox evin divarlarında irili-xırdalı çatlar əmələ gəlib. Torpaq sürüşməsi zamanı vətəndaşlara məxsus 2 yaşayış ev tam qəzalı vəziyyətə düşdüyündən evlərdə yaşayış üçün təhlükəli vəziyyət yaranıb.

Qeyd edək ki, son vaxtlar Qobustana yağan qar və yağışdan sonra rayonun Cəyirli kəndində yenidən torpaq sürüşməsi aktivləşib. Bir həftə öncə başlayan sürüşmə gün keçdikcə daha da artıb, bəzi evlərə ciddi ziyan dəyib. Hazırda bir neçə evin tavanında, döşəməsində, yardımçı tikililərdə xırda çatlar genişlənərək iri yarğanlar yaranıb.

Kənd sakini Vidadi Axundova məxsus yaşayış evi sürüşmə nəticəsində qəzalı vəziyyətə düşdüyündən, artiq 2 gündür, ailə üzvləri evi boşaldaraq qohumlarının evində qalmaq məcburiyyətində qalib. Sakinlərim sözlərinə görə, sürüşmə hər gün davam edir, evlərdə yararanan xırda çatların əhatəsi böyərək təhlükəli vəziyyət yaradır. 

Sakinlər deyir ki, Cəyirli kəndində ilk torpaq sürüşməsi 2003-ci ildə baş verib. Sürüşmə zamanı bəzi evlər qəzalı vəziyyətə düşdüyü üçün dövlət tərəfindən həmin evlərin sahiblərinə kompensasiya verilib, bəzi ailələr başqa əraziyə köçürülüb. 19 il idir ki, Cəyirli kəndində sürüşmə baş verməsə də, bu il yenidən aktivləşmə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2400

Oxşar yazılar

Goranboyda 32 yaşlı kişi özünü öldürdü

Goranboyda 32 yaşlı kişi özünü öldürdü

29 mart 2025 , 11:57
Bir gündə itkin düşən 13 nəfər  tapıldı

Bir gündə itkin düşən 13 nəfər tapıldı

29 mart 2025 , 10:39
Kürdəmirdə QƏZA:  72 yaşlı moped sürücüsü öldü

Kürdəmirdə QƏZA: 72 yaşlı moped sürücüsü öldü

29 mart 2025 , 10:19
Vətən müharibəsi qazisi vəfat etdi

Vətən müharibəsi qazisi vəfat etdi

29 mart 2025 , 09:53
Şəkidə DƏHŞƏT:  3 uşaq atası özünü tövlədə asdı

Şəkidə DƏHŞƏT: 3 uşaq atası özünü tövlədə asdı

29 mart 2025 , 09:40
Məsciddə yuyulmağa gətirilən meyit DİRİLDİ

Məsciddə yuyulmağa gətirilən meyit DİRİLDİ

29 mart 2025 , 09:26
Ağsuda ağır qəza - 7 nəfər yaralandı -  YENİLƏNİB

Ağsuda ağır qəza - 7 nəfər yaralandı - YENİLƏNİB

28 mart 2025 , 23:25
Sabirabad sakini qonşusunu bıçaqladı

Sabirabad sakini qonşusunu bıçaqladı

28 mart 2025 , 23:00