Qızı vermədilər,  oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
04 fevral 2025 10:54 (UTC +04:00)

Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI

İmişlidə qadının oğurlanması ilə bağlı təfərrüatlar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, oğlanın ailəsi əvvəllər qızın ailəsinə elçi gedib. Lakin qız evi evliliyə razı olmayıb. Bunu görən oğlan tərəf məcburi evliliyə qərar veriblər.

Oğlan tərəfi qızı zorla qaçıraraq, məcburi evliliyə çalışıblar. Lakin onlar saxlanılaraq, istintaqa təhvil veriliblər.

Hazırda adam oğurluğu maddəsilə araşdırma aparılır.

***
10:01 

 

İmişlidə qadın oğurlanıb.

Lent.az xəbər verir ki, rayon Polis Şöbəsinə rayonun Boşçalılar kənd sakini olan bir qadının naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin qadının olduğu “Mercedes” markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilərək saxlanılıb, əməli törətməkdə şübhəli bilinən Elbrus Cəfərov, Vasif Məmmədov və İlkin Şirinov tutularaq istintaqa təqdim olunublar.

Faktla əlaqədar İmişli rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4180

Oxşar yazılar

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29
Ağdamdakı qəzada yaralanan 5 nəfərin  kimliyi məlum oldu - YENİLƏNİB

Ağdamdakı qəzada yaralanan 5 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB

26 iyul 2025 , 22:06
Laçında ağır qəza, 3 ölü, 1 yaralı

Laçında ağır qəza, 3 ölü, 1 yaralı

26 iyul 2025 , 21:27
Ağdam və Füzulidəki yanğınlar  tam söndürüldü

Ağdam və Füzulidəki yanğınlar tam söndürüldü

26 iyul 2025 , 20:17
Əkin sahələrini yandıranlar  saxlanıldı

Əkin sahələrini yandıranlar saxlanıldı

26 iyul 2025 , 20:11