Qəzalarda 4 nəfər öldü – Azərbaycanda
30 yanvar 2023 10:25 (UTC +04:00)

Qəzalarda 4 nəfər öldü – Azərbaycanda

Yanvarın 28-də və 29-da ölkə ərazisində qeydə alınan 114, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. 

Daxili İşlər Nazirliyindən Lent.az-a  verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.   

Narkotiklərlə əlaqəli 65, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb.

# 1854
avatar

Sevinc Fərid

Oxşar yazılar