Qəzada bir ailənin 5 üzvü xəsarət aldı
21 mart 2023 19:23 (UTC +04:00)

Qəzada bir ailənin 5 üzvü xəsarət aldı

Ağdaşın Ləki qəsəbəsindəki avtomobil qəzası olub.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində bir ailənin 5 üzvü - 1998-ci il təvəllüdlü Məmmədyarova Reyhan Süleyman qızı, 2021-ci il təvəllüdlü Məmmədyarova Yağmur Həsrət qızı, 1953-cü il təvəllüdlü Məmmədyarova Zemfira Telli qızı, 2009-cu il təvəllüdlü İsmiyeva Sevinc Əhməd qızı, 2017-ci il təvəllüdlü Məmmədyarov Oktay Həsrət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Hazırda onların vəziyyətləri orta-ağırdır, müşahidə altında saxlanılırlar.

Faktla bağlı araşdırma aparılır.

 

 

# 1695
avatar

Oxşar yazılar