Qəbələ dağlarında kişi YOXA ÇIXDI:  axtarışlar başladı
03 dekabr 2022 12:20 (UTC +04:00)

Qəbələ dağlarında kişi YOXA ÇIXDI: axtarışlar başladı

Qəbələdə kişi itkin düşüb.

Lent.az xəbər verir ki, rayon sakini 49 yaşlı Həmidov Səyavuş İbrahimxəlil oğlu noyabrın 29-da şəhər ərazisində işlətdiyi “Ucuzluq” adlı mağazasından çıxaraq, naməlum istiqamətdə gedib.

Artıq 4 gündür onun axtarışları davam edir. S. Həmidovun dağlıq-meşəlik ərazidə itkin düşməsi də ehtimal edilir. Bu baxımdan Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki ragional qrupunun baş inspektoru, polis kapitanı Mahir Mənsimov Lent.az-a açıqlamasında bildirib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri keçirilir.

# 2904
avatar

Mehman Nəbiyev

Oxşar yazılar