Qazaxda zəhərlənmə faktı qeydə alınıb.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə rayonun N.Nərimanov qəsəbəsində qeydə alınıb.
Belə ki, 66 yaşlı S.Abbasova, 37 yaşlı A.Abbasova, 9 yaşlı T.Abbasov və 7 yaşlı F.Abbaslı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal zəhərlənən şəxslərə yardım edilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvüdür. Onların yaşadıqları evdə dəm qazından zəhərləndiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.