Qax rayonunda ağacdan yıxılan Bakı sakini ölüb.
Lent.az-ın məlumatına görə, hadisə günorta saatlarında rayonun Çinarlı kəndində baş verib.
57 yaşlı Bakı şəhər sakini Nizami Şəkərəliyev kənd ərazisində qoz çırpmaq istəyərkən ehtiyatsızlıqdan ağacdan yıxılıb. N. Şəkərəliyev Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən ölüb.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.