Tahir Qasımov
21 may 2022 14:47 (UTC +04:00)

Tahir Qasımov

Qarət edilən 5 evdən POLİSƏ ŞİKAYƏT: Oğrunun etirafı... - VİDEO

Binəqədi rayonunda 5 evdən oğurluq edən şəxs saxlanılıb

Binəqədi rayonunun Binəqədi qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib. 

DİN-dən Lent.az-a verilən məlumata görə, ev sahibi rayon polis idarəsinin 43-cü polis bölməsinə müraciət edərək mənzilindən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib. 

Ətraf ərazilərdə yaşayan daha bir neçə sakin eyni məzmunlu müraciətlərlə polis bölməsinə yazılı müraciət edilib. 

Aparılan araşdırmalar zamanı oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tahir Qasımov saxlanılıb. 

Onun paytaxtın bir neçə rayonunda yerləşən ümumilikdə 5 evdən müxtəlif vaxtlarda təmir-tikinti alətləri, məişət və digər əşyalar oğurladığı məlum olub. Tahir Qasımov izahatında etdiyi oğurluqları etiraf edib.

Faktlarla əlaqədar toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.    


 

# 1350
avatar

Oxşar yazılar