Qanunsuz balıq ovlayan Sadiq Süleymanov və Vüsal Məmmədov
26 aprel 2021 11:44 (UTC +04:00)

Qanunsuz balıq ovlayan Sadiq Süleymanov və Vüsal Məmmədov

Qarabağ kanalında balıqları məhv edənlər tutuldu - FOTO

Bərdədə qanunsuz üsulla balıq ovlayan şəxslərin oğurluq etdikləri də müəyyən edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Qarabağ su kanalının Qaraağacı kəndindən keçən hissəsindən elektrik cərəyanından istifadə edərək baqlıqların kütləvi məhvinə səbəb olan şəxslər saxlanılıb. Araşdırmalarla onların Ağdam rayon sakinləri Sadiq Süleymanov və əvəllər məhkum edilmiş Vüsal Məmmədov olduğu müəyyən edilib. Onların  ətrafında aparılan tədbirlərlə Qaraağacı kənd sakininə məxsus iribuynuzlu heyvan oğurladıqları da aşkar olunub. 

Faktlarla bağlı Bərdə rayon Polis Şöbəsində istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1989
avatar

Mehman Nəbiyev

Oxşar yazılar