Mingəçevirdə qanunsuz işləyən stomoloji məntəqələr
05 mart 2022 20:46 (UTC +04:00)

Mingəçevirdə qanunsuz işləyən stomoloji məntəqələr

Qanunsuz işləyən stomotoloqlara qarşı REYD - FOTO

Mingəçevirdə lisenziyasız fəaliyyət göstərən stomatoloji məntəqələr aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, yoxlamalar zamanı şəhərin N.Nərimanov, M.Maqomayev prospektləri və Energetiklər qəsəbəsində yerləşən ümumilikdə üç stomatoloji məntəqənin lisenziya olmadan fəaliyyət göstərdiyi müəyyən olunub.

Orada çalışan şəxslərin əməllərində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci ( Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) maddəsinin tərkib əlamətləri olduğundan onların barəsində polis əməkdaşları tərəfindən akt tərtib olunaraq baxılması üçün Səhiyyə Nazirliyinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2745
avatar

Mehman Nəbiyev

Oxşar yazılar