Qanunsuz hərbi forma geyinənlər cəzalandırılır -  VİDEO
15 yanvar 2021 11:39 (UTC +04:00)

Qanunsuz hərbi forma geyinənlər cəzalandırılır - VİDEO

Hərbi polis bölmələri qarnizonlarda reydlərə başlayıb.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, vətən müharibəsi dövründə səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və səfərbərlikdən tərxis edilmiş şəxslər, eləcə də bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda bu geyimdən istifadə etməsi hallarının qarşısını almaq məqsədilə Müdafiə Nazirliyinin hərbi polis bölmələri Bakı Qarnizonu və digər qarnizonlarda reydlər keçirir.

Bildiririk ki, bəzi vətəndaşlar tərəfindən hərbi geyim formasını daşıma hüququnun pozulması müvafiq qanunvericiliyə ziddir.

Qeyd edək ki, hərbi geyim formasının daşınması “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamə və “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə”  Prezidentin 2001-ci il 25 iyun tarixli Fərmanı ilə tənzimlənir. İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi geyim formasını qanunsuz daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi geyim forması müsadirə edilməklə 300 manatdan 500 manatadək cərimə edilir.

Hərbi geyim formasını daşımaq hüququ olmayan şəxsləri hərbi geyim formasından istifadə etməməyə çağırırıq.

Qanunsuz hərbi geyim geyinənlər qarşı tədbir görülür

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2850
avatar

Mehman Nəbiyev

Oxşar yazılar