Şarjadan gətirilən telefonlar
22 mart 2023 14:15 (UTC +04:00)

Şarjadan gətirilən telefonlar

Qanunsuz gətirilən 93 bahalı "İphone" aeroportda ələ keçdi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında 93 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.  

Dövlət Gömük Komitəsindən Lent.az-a verilən məlumata görə, Şarja-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı  “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük  zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib. Yoxlama zamanı əl yüklərindən gömrük orqanına bəyan edilməyən  30 ədəd “İphone 13”, 60 ədəd “İphone 14” və 3 ədəd “İphone 14 Pro Max” markalı mobil telefonlar  aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

# 1365
avatar

Oxşar yazılar