QANLI MÜBAHİSƏ:   28 yaşlı gənc bıçaqlanaraq öldürüldü - YENİLƏNİB
02 dekabr 2022 20:54 (UTC +04:00)

QANLI MÜBAHİSƏ: 28 yaşlı gənc bıçaqlanaraq öldürüldü - YENİLƏNİB

İmişli rayonunda 1994-ci il təvəllüdlü İlkin Hüseynovun qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Lent.az-a bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Xəyal Surxayev saxlanılıb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq davam edir.

***

Saat 20:54

Dekabrın 2-də saat 19 radələrində İmişli rayonunda rayon sakini 1994-cü il təvəllüdlü İlkin Hüseynovun bıçaq xəsarətlərindən ölməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, aparılan araşdırmalarla 2000-ci il təvəllüdlü, rayon sakini Xəyal Surxayev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İ.Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi tədbirlərlə X.Surxayev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

# 3342
avatar

Oxşar yazılar