Qadının Bakıda çörək zavodunda ölməsindən  YENİ XƏBƏR
16 mart 2022 17:30 (UTC +04:00)

Qadının Bakıda çörək zavodunda ölməsindən YENİ XƏBƏR

Xəbər verildiyi kimi, 2022-ci il yanvarın 7-də Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən çörək zavodunda işçi Mətanət Həsənovanın ölməsi faktı ilə bağlı Nərimanov rayon Prokurorluğunda istintaq aparılıb.

Bşa Prokurorluqdan Lent.az-a verilən məlumata görə, istintaqla həmin zavodun işçisi Jalə Nurəliyevanın təmizlik işləri görərkən əmək nizam-intizamı tələblərini pozaraq  xəmir qarışdıran qurğunun ehtiyatsızlıqdan işə salması səbəbindən həmin qurğunun alt hissəsini təmizləyən Mətanət Həsənovanın xəsarət alması və aldığı xəsarətlərdən hadisə yerində ölməsi müəyyən edilib.

Jalə Nurəliyeva Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Nərimanov rayon məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5277
avatar

Mehman Nəbiyev

Oxşar yazılar