Rusiyanın Sankt-Peterburq şəhərində polis bir çanta valyuta qaçaqmalçısı Şaxta babanın axtarışına başlayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə Federal Gömrük Xidməti məlumat yayıb.
Məlumata əsasən, Sankt-Peterburq sakini yeni il çantasını poçtla göndərməyə cəhd edib. Bəyannamədə paltar göstərilib, lakin bağlamanı skan edərkən 18 min avro dəyərində üç bağlama pul, dörd cüt gümüş sırğa, broş və 16 paket həb tapılıb.
Aşkar edilən dərmanlar qalxanabənzər vəz qrupuna aiddir, bütün məhsullar müayinəyə göndərilib.