Rusiyanın Leninqrad vilayətinin Kirişi şəhərində Daxili İşlər Nazirliyinin əməkdaşının əri 13 yaşlı qıza cinsi təcavüzdə ittiham olunur.
Lent.az yerli mediaya istinadla bildirir ki, sentyabrın 30-da həyat yoldaşı işdə olarkən sərxoş halda ögey qızının otağına daxil olub.
O, qızı cinsi əlaqədə olmağa razı salmağa çalışıb və bu an ögey qızı onu itələyib. Bundan sonra kişi geyinib və binanı tərk edib. Qız yalnız oktyabrın 21-də nənəsi ilə söhbəti zamanı baş verənlərdən danışıb, o da öz növbəsində bu barədə uşağın anasına deyib.
Cinayətkar saxlanılaraq istintaq şöbəsinə aparılıb. O, günahını etiraf edib. Daxili İşlər Nazirliyinin Leninqrad vilayətinin Kirişi rayonu üzrə idarəsinin məlumatına görə, onu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə 12 ildən 20 ilədək həbs cəzası gözləyir.