Polis rəisinin müavini  rüşvətə görə tutuldu
13 aprel 2024 18:40 (UTC +04:00)

Polis rəisinin müavini rüşvətə görə tutuldu

Rusiyanın Moskva vilayətinin Mıtışi şəhərində təhlükəsizlik qüvvələri Daxili İşlər Nazirliyinin Mərkəzi Federal Dairə üzrə su nəqliyyatı polis idarəsinin rəis müavini vəzifəsini icra edən Vyaçeslav Bulavini və onun köməkçisini xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlayıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 290-cı maddəsi ilə (rüşvət almaq) cinayət işi açılıb.

İstintaqın məlumatına görə, rəis səlahiyyətlərini icra edən rəis müavini ilə birlikdə 3 milyon rubl məbləğində rüşvət alıb. Təqsirləndirilən şəxslər adı açıqlanmayan şirkətdə maliyyə-təsərrüfat fəaliyyətinin auditinin dayandırılmasına, habelə sonradan şirkətə ümumi himayədarlığın təmin edilməsinə görə rüşvət alıblar.

İstintaq Komitəsindən verilən məlumata görə, hər iki təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir, sübutlar toplanır, axtarışlar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 60228
avatar

Oxşar yazılar